

Uşaqlara qarşı zorakılıqla bağlı sənəd: nələr DƏYİŞƏCƏK?
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, qurum uşaqlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı hazırladığı sənəd artıq Milli Məclisə təqdim olunub.
Mövzu ilə bağlı Lent.az-a danışan Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım" İctimai Birliyinin sədri Zenfira Mustafayeva bildirib ki, bu cür sənədlər hazırlananda ictimai müzakirəyə çıxarılmır:

“Bu sənədlər çox kiçik qruplarda müzakirə edilir. Onu da deyim ki, uşaq hüquqlarının müdafiəsi istiqamətində yetərincə istər milli, istərsə də beynəlxalq konvensiyalar qəbul edilib. Bununla bağlı Azərbaycan da bir çox konvensiyalara qoşulub. Sözügedən sənədlərdə isə uşaq hüquqlarının müdafiəsi nəzərdə tutulub”.
Z.Mustafayeva əlavə edib ki, Ombudsmanın hazırladığı sənəddə həmin milli konvensiyadakı uşaq hüququ müddəaları ilə bağlı daha dəqiq ifadələrin yer aldığına inanır:
“Hesab edirəm ki, həmin sənəddə uşaqlara qarşı şiddət üçün məsuliyyət dərəcələri konkretləşdirilərək, cinayət və inzibati xətalar məcəlləsində dəyişikliklərin olması zəruridir. Həmçinin həmin sənəddə uşaqların şiddətdən müdafiəsi sahəsində ictimaiyyətin iştirakının gücləndirilməsi nəzərdə tutulmalıdır. Məsələn, bununla bağlı qrant müsabiqələr elan olunmalı, dövlət sosial sifarişləri ilə işləyən mərkəzlərin sayı artmalıdır”.
Oxşar yazılar

6 minə yaxın abonent qazsız qalacaq - XƏBƏRDARLIQ
14 iyul 2025 , 10:00
Yayda çox şey dəyişəcək: taleyüklü hadisələrlə qarşılaşacaq üç BÜRC
14 iyul 2025 , 09:19
Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək
14 iyul 2025 , 00:02
Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət
13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB
13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz
13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA
13 iyul 2025 , 18:52