Kürdəmir Süd Kompleksində açıq qapı günü keçirilib. Lent.az-ın məlumatına görə, ölkəmizdə günlük südün yeganə istehsalçısı olan kompleksdə günlük “Azərsüd” markasının istehsal prosesi nümayiş olunub. Təzə süd məhsullarının istehsal prosesini əyani şəkildə müşahidə etmək üçün media nümayəndələri Kürdəmir Süd Kompleksində olub.Süd istehsalı kompleksinin istehsal sahələrini əyani şəkildə müşahidə edən KİV nümayəndələri həmçinin zavodda istehsal olunan təzə süd, uzunömürlü süd (UHT), pendir, qatıq, ayran və s. digər məhsul növləri haqqında mütəxəssislər tərəfindən ətraflı məlumat alıblar.
Media nümayəndələri ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya ilə də tanış olub burada istehsal olunan məhsulların son texnoloji laborator şəraitdə işlənməsi və süfrələrə gələnə qədər keçdiyi bütün prosesləri maraqla izləyiblər.
Daha sonra südlük heyvanların saxlandığı müasir anqar tipli tövlə və ferma ilə tanış olan jurnalistlər burada yaradılan şəraitin son dərəcə müasir texnologiyaya malik olduğunun şahidi olublar. Bildirilib ki, bu layihənin əsas özəlliyi bəslənən heyvanların təbii şəraitdə, torpaqla daim təmas halında yemlənməsi və nəticədə zəngin tərkibli süd tədarük olunmasıdır.
Kürdəmir süd emalı zavodunda istehsal edilən bütün süd və süd məhsulları 100% inək südündən əldə edilir və tamamilə təbiidir.
Bununla yanaşı mütəxəssislər təkcə uşaqların deyil, böyüklərin də sümük və əzələ möhkəmliyi üçün süd və süd məhsullarından gündəlik olaraq istifadə edilməsini tövsiyə edirlər.
Hər bir insan gündəlik olaraq kalsium və fosfor qəbul etməlidir. Bunlar isə süd və süd məhsullarından əldə edilir.
UHT(Ultra High Tecnology) süd: olduqca bahalı texnologiya ilə sterilizə edilərək (135C-də) gigyenik şəraitdə steril tetrapak qutularda qablaşdırılaraq əldə edilən süd çeşididir.
Tamamilə sterilizə edildiyindən və işıq, hava, qoxu keçirməyən tetrapak qablaşdırması sayəsində içindəki süd uzun müddət (4-6 ay) qala bilər.
Təzə süd isə, təkcə içərisindəki mikrobların öldürülməsi üçün daha az temperaturda bütün vitamin və mineralları saxlanaraq pasterize edilən gündəlik olaraq istifadə üçün əlverişli süddür. 4 gün saxlama müddəti var.
Hər iki südün də qaynadılmağa ehtiyacı yoxdur. Soyuq yaxud isti şəkildə içilə bilər.