Binəqədi rayonu 138 saylı uşaq bağçasınıda uşaqların kütləvi zəhərlənməsi halı müşahidə edilib.
Lent.az-ın məlumatına görə, bu gün axşam onlar ev qayıtdıqdan sonra valideynləri övladlarının halsız olduqlarını görüb. Uşaqlarda ürəkbulanma və qusma halları olub.
12 uşağın ata-anası şəhərin çeşidli klinikalarına və toksikologiya bölmələrinə müraciət edib.
İlkin ehtimala əsasən, uşaqlar nahar yeməyində yedikləri şorbadan bu vəziyyət düşüb.
Zəhərlənən uşaqların sayının artacağı istisna olunmur.