Azərbaycanda uşaq bağçalarının genişmiqyaslı tikintisi həyata keçiriləcək. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Belə ki Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fond yeni layihəyə - məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına start verib. Bundan başqa, proqramda bağçaların yenidənqurulması, həmçinin əsaslı təmirinin dəstəklənməsi nəzərdə tutulur.
Nazirlikdən verilən başqa bir məlumatda isə qeyd olunur ki, təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu, təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu, eləcə də təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması üzrə elektron xidmətlərin göstərilməsi istiqamətində müvafiq işlər davam etdirilir.