Universitetdə bu fakültənin birinci kursu olmayacaq
27 avqust 2014 12:05 (UTC +04:00)

Universitetdə bu fakültənin birinci kursu olmayacaq

0

Bu il Naxçıvan Dövlət Universitetində (NDU) jurnalistika fakültəsinin I kursu olmayacaq. Lent.az-ın modern.az saytına istinadən məlumatına görə, Universitetin jurnalistika fakültəsinə qəbul olan yeganə tələbə ixtisasını dəyişmək istəyinmi açıqlayıb. 
 

Universitetin tədris şöbəsindən bildiriblər ki, həmin tələbənin ixtisası dəyişdiriləcək: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına bu barədə məktub yazmışıq. Onlar tələbənin öz qrupu daxilində universitetimizin digər bir fakültəyə yerləşdirəcəklər”.

 

NDU-nun jurnalistika fakültəsinə qəbul qabiliyyət imtahanı ilə aparılıb. Qabiliyyətdən keçən 51 nəfərdən 47-si sözügedən ixtisasına yiyələnmək istəyib. Sonda cəmi bir nəfəri NDU-nun jurnalistika fakültəsini seçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2950

Oxşar yazılar