UNEC alimlərinin tədqiqatı qlobal elmi bazalarda
30 mart 2018 14:34 (UTC +04:00)

UNEC alimlərinin tədqiqatı qlobal elmi bazalarda

 

UNEC-in alimlərinin tədqiqat işləri dünyanın ən böyük istinad bazası olan “Scopus” və “Web of Science” məlumat bazasına daxil edilib.

 

Lent.az-ın məlumatına görə, UNEC-in “İqtisadiyyat” kafedrasının dosenti Rövşən Əkbərov ilə “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti Emin Qəriblinin həmmüəllifi olduqları “İntuitiv linqvistik fazzi rəqəmlər vasitəsilə sosial-iqtisadi inkişafın analizi” və UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor müavini, “Beynəlxalq iqtisadiyyat” (ingilis dilli) kafedrasının dosenti İnara Rzayevanın həmmüəllifi olduğu “BMT-nin FAO-nun ərzaq təhlükəsizliyi proqramı çərçivəsində nəticələrin monitorinqi və hesabat vermə üçün qeyri-səlis koqnitiv model inkişafı” mövzularında tədqiqat işləri “Scopus” məlumat bazasına daxil olan “Procedia Computer Science” (İSSN 1877-0509 online, 120 (2017), təsir faktoru (CiteSCore):1.01) jurnalında dərc olunub.

 

UNEC alimlərinin tədqiqatları eyni zamanda “Clarivate Analitics” şirkətinin “Web of Science” bazasına da daxil edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268
avatar

Oxşar yazılar