UNEC alimlərinin tədqiqatı: “Əmanətlərin sığortalanması işinin təkmilləşdirilməsi”
17 aprel 2018 10:46 (UTC +04:00)

UNEC alimlərinin tədqiqatı: “Əmanətlərin sığortalanması işinin təkmilləşdirilməsi”

 
 
UNEC-in alimləri növbəti elmi-tədqiqat layihəsini uğurla başa çatdırıblar.
 
 
UNEC_dən Lent.az-a verilən xəbərə görə, universitetin “Maliyyə və maliyyə institutları” kafedrasının alimləri növbəti elmi-tədqiqat layihələrini yekunlaşdırıblar. Onlar UNEC ilə Xalq Bank arasında imzalanan müqaviləyə əsasən, iki müstəqil layihə üzərində çalışıblar. Birinci layihə “Kredit portfelinin diversifikasiyasının müasir istiqamətləri”, ikinci layihə isə “Əmanətlərin sığortalanması işinin təkmilləşdirilməsi” mövzusunda olub.
 
Hər iki elmi-tədqiqat işi “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, əməkdar müəllim Əvəz Ələkbərovun rəhbərliyi ilə həyata keçirilib.
 
Qeyd edək ki, bu layihələr “Maliyyə və maliyyə institutları” kafedrasının son iki ildə yerinə yetirdiyi dördüncü təsərrüfat hesablı elmi tədqiqat işidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar