Ümumtəhsil məktəblərinə qəbul və yerdəyişmə qaydaları təsdiqləndi
24 iyun 2014 12:53 (UTC +04:00)

Ümumtəhsil məktəblərinə qəbul və yerdəyişmə qaydaları təsdiqləndi

 

Təhsil naziri Mikayıl Cabbarov "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"nı təsdiqlənməsi haqqında əmr imzalayıb.

Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Qaydalar uşaq və şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulunun, habelə təhsil aldıqları müddətdə onların ölkə daxilində, eləcə də ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasına yerdəyişməsi ilə bağlı məsələlərin tənzimlənməsini təmin etmək məqsədilə hazırlanıb.

 

Nazirlikdən bildirilib ki, yeni qaydalar imzalandığı üçün Təhsil Nazirliyinin 27 sentyabr 2013-cü il tarixli 827 nömrəli əmri ilə təsdiq olunmuş "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları" qüvvədən düşmüş hesab edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1309

Oxşar yazılar