Ümumdünya İnsan Hüquqları Günü münasibətilə tədbir keçirilib
10 dekabr 2013 16:41 (UTC +04:00)

Ümumdünya İnsan Hüquqları Günü münasibətilə tədbir keçirilib

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi 10 dekabr- Ümumdünya İnsan Hüquqları Gününün 65-ci ildönümü münasibətilə Mehdiabad qəsəbəsində tədbir keçirib. İctimai Birliyin sədri Esmira Orucovanın Lent.az-a verdiyi məlumata görə, tədbiri keçirməkdə məqsəd Mehdiabad qəsəbəsində məskunlaşmış və insan hüquqları pozulmuş qaçqın və məcburi köçkünlərə, əsir-girovluqdan azad edilmiş, həmçinin ailə üzvləri hələ də əsirlikdə olan və itkin düşmüş şəxslərə baş çəkmək, onlara diqqət yetirmək, problemləri ilə yerində tanış olmaq və həllinə kömək etmək olub.

 

Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin baş məsləhətçisi Xəlil Vəliyev də iştirak edib. Sonda təşkilat adından beynəlxalq təşkilatlara müraciət qəbul edilib. Müraciətdə bildirilir ki, BMT-nin Baş Assambleyası 10 dekabr 1948-ci ildə ilk dəfə  İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməni qəbul edib.

 

Müraciətdə həmçinin o da qeyd olunub ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 100 minlərlə insan işgəncə və zorakılıqlara məruz qalaraq şikəst və əlil edilib, 20 mindən artıq vətəndaşımız qətlə yetirilib, 4035 nəfər soydaşımız itkin düşüb, 900 nəfərə yaxın soydaşımız şahid ifadələrinə əsasən əsir və girov götürülərək qarşı tərəfdə hüquqları pozulmuş şəkildə ağır fiziki və mənəvi işgəncələrə məruz qalaraq saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 883
avatar

Oxşar yazılar