Ukraynalı vəkili Bakıda kim zorlamaq istəyib? QALMAQAL
22 yanvar 2014 13:45 (UTC +04:00)

Ukraynalı vəkili Bakıda kim zorlamaq istəyib? QALMAQAL

Biznesin inkişafı ilə bağlı Ukraynada keçirilən konfransda iştirak etmək üçün Kiyevə gedən azərbaycanlı hüquqşünas orada tanış olduğu vəkil qadına qarşı zorakılıq edib. Zorakılığa məruz qalan 28 yaşlı vəkil xanım bununla bağlı Bakıda fəaliyyət göstərən Qadın Krizis Mərkəzinə müraciət edib. Mərkəzin rəhbəri Mətanət Əzizova Lent.az-a bildirib ki, qadın hələ ki hüquq-mühafizə orqanlarına müraciət etməyib və məsələni bu yolla həll etməyə çalışır: “Bu şəxslər bir müddət əvvəl Ukraynada tanış olublar. Daha sonra sosial şəbəkələrdə yazışmağa başlayıblar və azərbaycanlı hüquqşünas ukraynalı xanıma Bakı haqqında, azərbaycanlıların qonaqpərvərliyindən çoxlu danışıb. Yayda ukraynalı xanımı Bakıya istirahətə, tarixi yerləri görməyə dəvət edib. Xanım buna maddi imkanının yetmədiyini bildirdikdə, azərbaycanlı hüquqşünas bütün xərcləri öz üzərinə götürüb. Hətta xanıma elektron bilet də alıb. Bundan sonra, yəni yayda ukraynalı xanım Bakıya gəlib, onlar Novxanıda restoranda nahar ediblər. Otelə qayıtdıqda isə həmin şəxs qadına qarşı zorakılıq edib, onu qorxutmağa çalışıb”.

 

Elə həmin gün qız oteldən qaçaraq, aeroportda biletini dəyişib və ölkəsinə qayıdıb. Amma hüquqşünas onu yenə də narahat etməkdə davam edib. Qızın hələ ona borcu qaldığını bildirib. Həmin hüquqşünas qızın işlədiyi şirkətə, qohumlarının profilinə çoxlu təhqiramiz yazılar yazıb. Bundan sonra gənc xanım bizə müraciət edib: “Biz özümüz həmin oğlanla əlaqə saxlamışıq və məsələnin tezliklə həllinə çalışırq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3412
avatar

Oxşar yazılar