Ukraynadakı azərbaycanlı tələblər təcili vətənə qayıdır
22 may 2014 16:14 (UTC +04:00)

Ukraynadakı azərbaycanlı tələblər təcili vətənə qayıdır

“Bizdə olan məlumata görə, Ukraynadakı vəziyyətlə əlaqədar səfirliklərin birindən Ukrayna Təhsil Nazirliyinə təklif olunub ki, xarici tələbələrə şərait yaradılsın və onlar vaxtından əvvəl imtahanını verib öz ölkələrinə göndərilsin. Ukraynanın Təhsil Nazirliyi də təhsil müəssisələrinə təlimat göndərib ki, xarici tələbələrə bu şəraiti yaratsınlar. Yəni, may ayının 20-ə qədər bütün xarici tələbələr imtahanlarını verə bilsin və öz ölkələrinə göndərilsinlər. Bilirik ki, azərbaycanlılardan təcili imtahan verib, öz ölkəsinə qayıdanlar var. Amma qayıdanların sayı ilə bağlı bizdə konkret məlumat yoxdur”.

Lent.az-ın məlumatına görə, bunu modern.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilova deyib.

Qeyd edək ki, Ukraynanın təhsil naziri Sergey Kvit Ukrayna ali tədris müəssisələrində təhsil alan xarici tələbələrin ölkəni tez bir zamanda tərk etməsi barədə əmr imzalayıb. Əmrdə xüsusi olaraq qeyd olunub ki, xarici ölkə vətəndaşı olan və Ukraynada ali təhsil alan tələbələr yaz sessiyasını vaxtından əvvəl verməlidirlər. Ukraynanın cənub-şərq bölgəsində təhsil alan tələbələrə xüsusi xəbərdarlıq edilib. Yaz sessiyasında imtahan verə bilməyənlər isə kəsirlərini sentyabrda ödəyə bilərlər.
Mayın 25-də Ukraynada növbədənkənar prezident seçkisi keçiriləcək. Ölkədə vəziyyətin getdikcə gərginləşdiyi müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1105
avatar

Oxşar yazılar