Türkdilli dövlətlərin gəncləri “Xocalıya ədalət” dedi
03 mart 2014 12:19 (UTC +04:00)

Türkdilli dövlətlərin gəncləri “Xocalıya ədalət” dedi

“Eskişehir- 2013 Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsi çərçivəsində Əskişəhər, Bursa və İstanbul şəhərlərində "Türk Dünyasının Qanayan Yarası Xocalı Soyqırımı" adlı tədbir keçirilib. Lent.az-a verilən məlumata görə, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyi ilə tədbirdə 200 nəfər gənc, habelə, tanınmış ziyalı "Xocalıya ədalət!" kampaniyasında iştirak edib.

 

Mərasim iştirakçıları öncə foyedə soyqırım qurbanlarının xatirəsinə həsr edilən foto-sərgi ilə tanış olub və iştirak edən gənclərə üzərində “Xocalıya ədalət” yazılmış maykalar, maarifləndirici broşürlar və Azərbaycan bayraqları hədiyyə edilib.

 

Tədbirdə çıxış edən Sancaqtəpə Bələdiyyəsinin Başkanı İsmayıl Erdem, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, Şamil Sabiroğlu, Bakı Dövlət Universitetinin tarix professoru Anar İsgəndərov, millət vəkili Qənirə xanım Paşayeva 22 - il öncə Ermənistan Silahlı Qüvvələri və onların havadarları tərəfindən Xocalıda baş verən soyqırımdan danışıblar.

Sonda çıxış edən     Əskişəhər İcra hakimiyyətinin başçısı Güngor Azim Tuna Xocalı soyqırımı anımn tədbirinə Bosna, Krım, Makedonya, Kosova, Azərbaycan, Karadağ və Türkiyədən gələn qonaqlara öz minnətdarlığını bildirib.

Azərbaycan müğənnisi Elnur Zeynalov və musiqi ansambılı Azərbaycan muğamlarını, Qarabağı vəsf edən mahnıları ifa edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar