Türkan qəsəbəsində yeni poliklinika istifadəyə verilib
25 sentyabr 2013 20:29 (UTC +04:00)

Türkan qəsəbəsində yeni poliklinika istifadəyə verilib

Bu gün Xəzər rayonunun Türkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş yeni poliklinika binası istifadəyə verilib.

 

APA-nın xəbərinə görə, açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

 

M.Əliyeva poliklinikanın rəmzi açılışını bildirən lenti kəsib. Bildirilib ki, bu il tikilən poliklinikanın inşası yüksək keyfiyyətlə və bütün normalar nəzərə alınaraq həyata keçirilib. Poliklinikanın ərazisində yaşıllıq salınıb, işıqlandırma sistemi quraşdırılıb.

 

Məlumat verilib ki, ikimərtəbəli binada 36 kabinet var. Poliklinika ən müasir tibbi avadanlıqla təchiz edilib, müasir standartlara uyğun olaraq rentgen, stomatoloq, ginekoloq, cərrah, USM, kardioloq, oftalmoloq kabinetləri qurulub. Burada müasir standartlara uyğun laboratoriya da fəaliyyət göstərəcək.

# 1057
avatar

Oxşar yazılar