TQDK XI sinif şagirdləri üçün monitorinq imtahanı keçirəcək
21 aprel 2014 18:25 (UTC +04:00)

TQDK XI sinif şagirdləri üçün monitorinq imtahanı keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 22, 23 və 24 aprel tarixlərində Bakı və Sumqayıt şəhərlərində XI sinif şagirdləri üçün monitorinq imtahanları keçirəcək. Bu barədə Lent.az-a Komissiyadan məlumat verilib. İmtahanlar 280 məktəbdə təşkil olunacaq və prosesdə 15698 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanlar Azərbaycan bölməsinin şagirdləri arasında ana dili, riyaziyyat və fizika fənləri üzrə aparılacaq.

Bütün binalarda imtahanlar saat 10:00-da başlanır, ana dili fənni üzrə imtahan 45 dəqiqə, riyaziyyat və fizika fənlərinin hər biri üzrə ayrılıqda 1 saat ərzində aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 923

Oxşar yazılar