TQDK təhsil şöbələrinə məktub ünvanlayıb
15 noyabr 2013 18:18 (UTC +04:00)

TQDK təhsil şöbələrinə məktub ünvanlayıb

TQDK qəbul və buraxılış imtahanlarında iştirak etmiş nəzarətçi-müəllimlərin fəaliyyətlərinin təhlili ilə bağlı araşdırmanı yekunlaşdırıb. Bu barədə Lent.az-a qurumdan məlumat verilib. Belə ki ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına, ümumi təhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsi – buraxılış imtahanlarına orta ümumtəhsil müəssisələrindən nəzarətçi qismində cəlb edilmiş müəllimlərin fəaliyyəti, hər il, imtahanlar başa çatdıqdan sonra qiymətləndirilir.

Bu araşdırmanın nəticələri nəzarətçi-müəllimlərin fəaliyyətlərinin təkmilləşdirilməsi; onlarla təşkil ediləcək seminar-məşğələlərin məzmununun və metodunun yenidən işlənməsi; növbəti imtahanlar üçün nəzarətçi seçiminin meyarlarının korrektə edilməsi, respublika üzrə orta ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimlərinin imtahanların təşkilində aktiv iştirakının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

Qeyd edək ki, TQDK tərəfindən araşdırmanın nəticələri barədə Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar ünvanlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272

Oxşar yazılar