TQDK Qafqaz Universitetinə tələbə qəbul ilə bağlı məsələyə aydınlıq gətirdi
14 aprel 2014 12:40 (UTC +04:00)

TQDK Qafqaz Universitetinə tələbə qəbul ilə bağlı məsələyə aydınlıq gətirdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il qəbul aparılacaq ali məktəblər sırasına Qafqaz Universiteti daxil edilməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.


 

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında bildirib ki, növbəti tədris ili üçün ali məktəblərə qəbul planı artıq komissiyaya təqdim olunub. Onun sözlərinə görə, bu il də Qafqaz Universitetinə həmişə kimi qəbul planı ayrılıb və həmin ali məktəbə qəbul aparılacaq: “Qeyd edək ki, Qafqaz Universitetinə builki qəbul planında nisbətən artım var. Bu il Qafqaz Universitetinə qəbulun aparılmayacağı ilə bağlı məlumatlar doğru deyil”.

 

E. Nağızadə qeyd edib ki, bütün ali məktəblərə qəbul planı yaxın günlərdə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunacaq.

 

Qeyd edək ki, bu gün TQDK-nın qəbul aparacağı ali təhsil müəssisələrinin sırasına Qafqaz Universiteti daxil edilməməsi barədə məlumatlar yayılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3079
avatar

Oxşar yazılar