Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılan “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminin formalaşdırılması işi başa çatıb. Bu barədə Lent.az-a Komissiyadan məlumat verilib.
Sistemdə zal nəzarətçilərinin qeydiyyatının müvafiq təhsil müəssisəsinin özü tərəfindən internet vasitəsi ilə aparılması nəzərdə tutulur. Bu sistem vasitəsi ilə ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici məktəb üzrə zal nəzarətçiləri bazasına istifadəçi adı və şifri ilə daxil olaraq mövcud nəzarətçilər bazasında nəzarətçi-müəllimin şəxsi və digər zəruri məlumatlarını dəqiqləşdirir və yeni nəzarətçilərin qeydiyyatını aparır.
Sistemə Respublikanın 2095 orta təhsil müəssisəsindən olan 14669 nəzarətçi-müəllim haqqında məlumatlar daxil edilib.
Onlardan 1990 nəfəri test imtahanlarda ilk dəfə iştirak edəcək müəllimlərdir.