TQDK mayın 4-də rus bölməsi üzrə imtahan keçirəcək
30 aprel 2014 14:59 (UTC +04:00)

TQDK mayın 4-də rus bölməsi üzrə imtahan keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 4-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanda iştirakı nəzərdə tutulan 8215 abituriyentdən 3676 nəfəri oğlan, 4539 nəfəri qızdır. 5863 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki, 2352 nəfər isə əvvəlki illərin məzunlarıdır. 35 abituriyent ali təhsil, 363 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1999-cu il təvəllüdlüdür.


İmtahanın idarə olunması üçün 61 imtahan rəhbəri, 659 nəzarətçi müəllim ayrılıb. Bakı şəhərində 5367 , Naxçıvanda 27 , Gəncədə 865, Sumqayıtda 524, Şəkidə 357, Ağcabədidə 102, Göyçayda 206, Şirvanda 128, Lənkəranda 134, Xaçmazda isə 505 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub. 
İmtahan Bakı şəhərində 9 , Naxçıvanda 1 , Gəncədə 2 , Sumqayıtda 1, Şəkidə 1 , Ağcabədidə 1 , Göyçayda 1 , Şirvanda 1 , Lənkəranda 1 , Xaçmazda 1 binada keçiriləcək. 

Mayın 4-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyulun 3-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861

Oxşar yazılar