TQDK kolleclərə sənəd verən əvvəlki illərin məzunlarına müraciət etdi
28 iyun 2014 11:44 (UTC +04:00)

TQDK kolleclərə sənəd verən əvvəlki illərin məzunlarına müraciət etdi

0

 

Ümumi orta təhsil bazasında (9 illik) kolleclərə sənəd vermiş əvvəlki illərin məzunu olan abituriyentlər “İmtahana buraxılış vərəqi” ni çap etməlidirlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən xəbərə görə, ümumi orta təhsil bazasında (9 illik) kolleclərə sənəd vermiş və iyunun 29-da qəbul imtahanında iştirak edəcək abituriyentlər Buraxılış vərəqini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/1 keçidinə daxil olmalıdır.

 

“İmtahana buraxılış vərəqi”i və şəxsiyyət vəsiqəsi imtahana gələn zaman mütləq abituriyentlərin üzərində olmalıdır.

 

Göstərilən sənədlərdən biri olmasa və ya onlar arasında uyğunsuzluq olarsa abituriyent imtahana buraxılmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 801

Oxşar yazılar