TQDK kolleclərə qəbul olmaq istəyənlərə növbəti dəfə müraciət etdi
13 mart 2014 13:58 (UTC +04:00)

TQDK kolleclərə qəbul olmaq istəyənlərə növbəti dəfə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) kolleclərə qəbul olmaq istəyən abituriyentlərə növbəti dəfə müraciət edib. Qurumdan Lent.az-a verilən məlumata görə, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul həmin təhsil pilləsini cari ildə bitirən şagirdlərin buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Yəni, buraxılış imtahanı 9-cu sinfi bu il bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolunu oynayacaq. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək. Buraxılış imtahanı 2 fənn üzrə - ana dili və riyaziyyatdan aparılacaq. 

Orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək. Bu imtahanda da abituriyentlərin ana dili və riyaziyyat fənləri üzrə bilikləri yoxlanılacaq. 


Qeyd edək ki, həm əvvəlki illərin, həm də cari ilin məzunları üçün kolleclərə ərizə qəbulu eyni vaxtda aparılacaq. Həmçinin xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər üçün qabiliyyət imtahanlarına qeydiyyat və həmin imtahanların keçirilməsi eyni vaxtda təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 837

Oxşar yazılar