Yazı işlərinin yoxlanılması üçün regionlardan olan ekspert-markerlərin seçilməsi prosesinə başlanılıb. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
İlkin olaraq TQDK-nın 5 regional bölməsində (Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Göyçay) orta məktəblərin Azərbaycan dili və riyaziyyat müəllimləri bu prosesə cəlb olunub. İştirakçı müəllimlər kompüter arxasında əyləşərək hazırlanmış xüsusi proqramda ona təklif olunan sual kitabçalarını meyarlar əsasında qiymətləndirir.
Müəllimin verdiyi qiymətlər həmin meyarlar əsasında əvvəlcədən çıxarılmış etalon qiymətlərlə tutuşdurulur. Bundan sonra video-bağlantı vasitəsi ilə region müəllimləri ilə müzakirə aparılır, onlarda yaranan suallar araşdırılır və izah olunur.
Qeyd edək ki, ekspert-markerlərlə seminarlar hər həftənin II və V günləri keçirilir.

TQDK ekspert seçiminə başladı
Oxşar yazılar

Əlinizə baxaraq keçəlləşməyə meyilli olub-olmadığınızı anlayın
25 iyul 2025 , 18:33
Bakıda bu yollar sabahdan TAM BAĞLANIR
25 iyul 2025 , 16:53
Sabah çimərliklərdə suyun temperaturu 28-dərəcəyə çatacaq
25 iyul 2025 , 15:14
700 bal toplayan Şəki məktəblisi: "İndiyədək telefonum olmayıb"
25 iyul 2025 , 14:02
Dünyanın ən quraq yerinə qar yağdı: inanılmaz dərəcədə heyrətamiz nadir hadisə
25 iyul 2025 , 13:03
Lent.az-ın əməkdaşı MEDİA müsabiqəsində qalib oldu
25 iyul 2025 , 12:12
Sabah Bakıya yağış yağa bilər - hava PROQNOZU
25 iyul 2025 , 12:11