Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 15-də ölkənin 44 peşə liseyinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan nəticələri TQDK-nın internet saytında yerləşdirilib. Nəticələrlə https://eservices.tqdk.gov.az/netorta/?frm=egov linkinə daxil olmaqla tanış olmaq mümkündür.
XI sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:
Qiymət | Fənlər üzrə düzgün cavabların sayı | |||
Ana dili (Azərbaycan bölməsi) |
Ana dili (rus bölməsi) |
Riyaziyyat | Xarici dil/Kimya | |
2 |
0-7 |
0-7 |
0-7 |
0-5 |
3 |
8-17 |
8-17 |
8-16 |
6-15 |
4 |
18-25 |
18-25 |
17-24 |
16-24 |
5 |
26-30 |
26-30 |
25-30 |
25-30 |