Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Baş Prokurorluqla birgə yanvarın 31-də prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə Lent.az-a Komissiyadan məlumat verilib.
İşə qəbulla bağlı ərizə qəbulu 2013-cü il sentyabrın 2-dən dekabrın 31-dək Azərbaycan Respublikası Prokurorluğu tərəfindən aparılmış və 100 ştat vahidi üzrə müsabiqədə iştirak etmək istəyən 373 nəfərin namizədliyi qeydə alınıb.
Namizədlər 27-30 yanvar tarixlərində saat 09.15-dən 18.00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə, “Yaddaş kitabçası”nı və “Test imtahanına buraxılış vərəqəsi”ni Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağında ala bilərlər.