Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bakalavrlara müraciət edib. TQDK-dan Lent.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası yaradılıb.
Bakalavrlar Apelyasiya komissiyasına 5, 6 və 7 mart tarixlərində saat 10:00 - dan 17:00 dək (saat 13:00-dan 14:00-dək nahar fasiləsi istisna olmaqla) şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.