Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 27-də sınaq imtahanları keçirəcək. Bu barədə Lent.az-a Komissiyadan məlumat verilib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Göygöl, Samux, Qazax, Sumqayıt, Şamaxı, Mingəçevir, Naftalan, Şəki, Qax, Oğuz, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, Füzuli, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Lerik, Masallı, Quba və Şabran şəhərlərində ümumilikdə 68 binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48293 abituriyent qeydiyyatdan keçib. İmtahan binalarına buraxılış abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

TQDK aprelin 27-də sınaq imtahanı keçirəcək
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09