TQDK Apellyasiya komissiyası yaradıb - <span style="color:red;">YENİLƏNİB
03 mart 2014 11:18 (UTC +04:00)

TQDK Apellyasiya komissiyası yaradıb - YENİLƏNİB

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ali məktəblərin magistratura səviyyəsinə 2014/2015-ci tədris ili üçün qəbul imtahanının birinci mərhələsinin məzmunu ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apellyasiya komissiyası yaradılıb. Bu barədə Lent.az-a TQDK-dan məlumat verilib. Bakalavrlar Apellyasiya komissiyasına 3 - 5 mart tarixlərində saat 10.00 - dan 17.00 - dək şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Martın 2-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirilib. İmtahan Respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637

Oxşar yazılar