Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015/2016-cı tədris ili üçün baza ali tibb təhsili əsasında rezidentura səviyyəsinə qəbul imtahanının bu gün keçirilmiş birinci mərhələsində iştirak edən namizədlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanın birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün TQDK-da Apelyasiya Komissiyası yaradılıb.
Apelyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Namizədlər Apelyasiya Komissiyasına 16-18 mart 2015-ci il tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.