TQDK “İnformatika” vəsaiti nəşr edib
04 dekabr 2013 11:38 (UTC +04:00)

TQDK “İnformatika” vəsaiti nəşr edib

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “İnformatika” vəsaiti tərtib edilib. Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, vəsait tələbələr, bakalavrlar, doktorantlar, dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün hazırlanıb.

 

İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da qəbula hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcək. Vəsaiti TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468
avatar

Oxşar yazılar