TN: sənədlərin qəbulu noyabrın 20-də başa çatacaq
01 noyabr 2013 18:21 (UTC +04:00)

TN: sənədlərin qəbulu noyabrın 20-də başa çatacaq

Təhsil Nazirliyi tərəfindən təşkil olunan ictimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsinə sənədlərin qəbulu noyabrın 20-də başa çatacaq. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli əmrinə əsasən təşkil edilən “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”ndə iştirak etmək istəyənlər müvafiq təkliflərini ənənəvi və ya elektron poçt ([email protected]) vasitəsilə təqdim edə bilərlər.

Təhsil Nazirliyi vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulmasını əsas prioritet istiqamətlərindən biri hesab etdiyindən müvafiq layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

 

İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsində iştirak üçün göstərişlər nazirliyin rəsmi saytında yerləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245

Oxşar yazılar