Tibbi Bərpa İnstitutu fəaliyyətini dayandırdı
22 noyabr 2013 14:53 (UTC +04:00)

Tibbi Bərpa İnstitutu fəaliyyətini dayandırdı

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu (keçmiş Kirov adına xəstəxana) fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Lent. az-ın əldə etdiyi məlumata görə, İnstitut 2 ilə yaxın fəaliyyət göstərməyəcək.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Lent. az-a  bildirib ki, institutun ciddi təmirə ehtiyacı var idi: “Ona görə də həmin müəssisə fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Anacaq həmin institutda təmir işlərinin nə vaxt yekunlaşacağını dəqiq deyə bilmərəm”.

 

A.Qədirli onu da bildirib ki, həmin tibbi müəssisədə çalışan həkimlər maaşları verilməklə, evə buraxılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2104

Oxşar yazılar