Termal sulardan alternativ enerji mənbəyi kimi istifadə ediləcək
04 fevral 2014 10:39 (UTC +04:00)

Termal sulardan alternativ enerji mənbəyi kimi istifadə ediləcək

AMEA Geologiya İnstitutu tərəfindən termal suların ocaqlarından alternativ enerji mənbəyi kimi istifadə edilməsi məqsədi ilə tədqiqatlar aparılır. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib. Bütün səylərini bu ocaqların yerləşmə koordinatlarını müəyyən etməyə yönəltmiş alimlər termal suların yüksək enerji potensialına malik olduğunu iddia edirlər. Həmçinin, yüksək temperaturlu termal sulardan elektrik enerjisi almaq mümkündür.

Tədqiqatlar “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq aparılır. Əsas məqsəd tükənməyən enerji əldə etməkdir.

Araşdırmalar Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Vasili Lavruşinlə birgə aparılır. Alimlər termal suların dərinliyini hidrogeoloji, geokimyavi, geodinamik, geotermik və digər kompleks üsullar ilə müəyyən edə bilirlər.

Həmçinin, yerin təkinin geotektonik şəraitini, dərin tektonik çatların strukturunu və hidrogeodeformasiya sahələrinin dinamikasını tədqiq etməklə termal suların miqrasiya yollarını aşkarlamaq mümkün olur. Bu isə nəticədə termal suların ocağının yerləşdiyi koordinatları da müəyyənləşdirməyə imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar