Televiziyalarda ədəbi dil məsələsi müzakirə ediləcək
07 noyabr 2013 10:49 (UTC +04:00)

Televiziyalarda ədəbi dil məsələsi müzakirə ediləcək

Noyabrın 8-də Teleradio kanallarında ədəbi dil normalarına riayət edilməsi ilə bağlı aparılan monitorinqlərin nəticələrinə dair konfrans keçiriləcək. Lent.az-ın məlumatına görə, Milli Televiziya və Radio Şurasında (MTRŞ) şuranın və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2013-cü ilin sentyabr-oktyabr aylarında aparılan teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələri müzakirə olunacaq. 

Konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin, dilçi alimlərin, teleradio yayımçılarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.

 

Qeyd edək ki, monitorinq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun  “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” Layihəsi əsasında həyata keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665

Oxşar yazılar