Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallarda ədəbi dil qaydaları ilə bağlı apardığı monitorinqi başa çatdırıb. Şuranın Aparat rəhbəri Toğrul Məmmədovun Lent.az-a verdiyi məlumata görə, iyulun 4-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Elektron Mediaya Yardım Fondu”nun «Azərbaycanın tele-radio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında MTRŞ və və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2013-cü ilin may-iyun aylarında aparılmış monitorinqlərin nəticələrinə dair konfrans keçiriləcək.
Konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin, millət vəkillərinin, teleradio yayımçılarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.