Tələbə təqaüdləri necə təyin ediləcək? – Yeni qaydalar
11 noyabr 2015 12:31 (UTC +04:00)

Tələbə təqaüdləri necə təyin ediləcək? – Yeni qaydalar

 

Ölkə prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması” haqqında sərəncamına əsasən, semestrin nəticələrinə görə ümumi orta müvəffəqiyyət göstəricisi 91-dən az olmayan tələbəyə “əlaçı ”, ən azı bir fəndən akademik göstəricisi 91-100, digər fənlərdən isə 71 baldan az olmayanlara “həvəsləndirici”, semestr nəticələrinə görə fənlər üzrə 51-100 bal toplayan tələbəyə isə “adi” təqaüd veriləcək.

 

Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov bu gün keçirilən brifinqdə bildirib.

 

Onun sözlərinə görə, birinci semestrdə bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan tələbələrə “adi”, 500-600 bal toplayanlara “ həvəsləndirici”, 600-dən çox balla qəbul olunanlara isə “əlaçı” təqaüdü verilir. V ixtisas qrupu üzrə 80 və daha çox bal toplayan və dövlət sifarişi ilə qəbul olunan tələbələrə “ əlaçı” təqaüdü veriləcək.

 

Magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan tələbələr birinci semestrdə “adi” təqaüd, 112 və daha çox balla qəbul olunanlara isə “əlaçı” təqaüdü verilir. MBA sistemi ilə təhsil alan magistrlərə bu şamil olunmur. Orta ixtisas təhsil müəssisələrinə 2014/2015-ci tədris ilində tam orta təhsil bazasından qəbul olunan tələbələrə təqaüd şamil olunur. Eyni ixtisas üzrə bir təhsil müəssisəsindən digərinə köçürülən tələbələrə əvvəllər təhsil aldığı müəssisədə sonuncu imtahan sessiyasının nəticələrinə və köçürüldüyü təhsil müəssisindəki akademik göstəricilərinin ixtisası üzrə sıralamada tutduğu yerə görə təqaüd verilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1685

Oxşar yazılar