İsrailin aviazərbələri nəticəsində 9 nüvə alimi öldürülüb
14 iyun 2025 14:11 (UTC +04:00)

İsrailin aviazərbələri nəticəsində 9 nüvə alimi öldürülüb

İsrail ordusu İranın 9 nüvə alimini öldürüb.

Lent.az bu barədə İsrail telegram kanallarına istinadla xəbər verir.

İsrail Ordusu əlavə edib ki, öldürülən bütün alim və ekspertlər İranın nüvə layihəsində bilik mərkəzləridir və nüvə silahının hazırlanmasında onilliklər ərzində toplanmış təcrübəyə malikdirlər.

İranın nüvə layihəsində xaric edilən böyük alimlər arasında nüvə mühəndisliyi üzrə mütəxəssis, fizika üzrə, kimya mühəndisliyi üzrə, material mühəndisliyi üzrə və nüvə fizikası üzrə ekspertlər var.

Qeyd edək ki, dünən İsrailin aviazərbələri nəticəsində 6 nüvə alimin ölməsi barədə xəbər vermişdik. Bu gün isə daha 3 alim - Əli Bekai Kərimi, Mənsur Əsgəri və Səid Borci öldürülüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1332

Oxşar yazılar