İran PUA-larla İsrailə zərbə endirməyə davam edir.
Lent.az yerli telegram kanallarına istinadla bildirir ki, bir neçə dəqiqə əvvəl İran ordusunun “Ərəş” sinifli kamikadze təyyarələri İsrail ərazisinə atılıb. Məlumata görə, PUA-lar nəzərdə tutulan hədəfləri uğurla məhv edə bilib.
Qeyd olunur ki, İranın İsrailə qarşı cavab hücumları nəticəsində yaralananların sayı 70-ə çatıb.
Bildirilir ki, PUA-lar İsraildə 150 hədəfə zərbə endirib.