İranın İsrailə zərbələri nəticəsində 3 nəfər ölüb, 172 nəfər  yaralanıb
14 iyun 2025 12:19 (UTC +04:00)

İranın İsrailə zərbələri nəticəsində 3 nəfər ölüb, 172 nəfər yaralanıb

İsrailin fövqəladə hallar təşkilatı İranın raket hücumları nəticəsində 3 nəfərin öldüyünü və ən azı 172 nəfərin yaralandığını açıqlayıb.

Lent.az xəbər verir ki, Təl-Əvivin Volfson Xəstəxanasının sözçüsü İranın şəhərə raket hücumlarından sonra 21 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

İxilov xəstəxanası həmçinin 52 yaralının xəstəxanaya yerləşdirildiyini bildirib.

İbrani mediasının məlumatına görə, İranın Təl-Əvivin cənubundakı Rişon LeZion şəhərinə raket hücumları nəticəsində 3 nəfər həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658

Oxşar yazılar