Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında
məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması nəzərdə tutulub. Lent.az-ın məlumatına görə, Azərbaycanda bu göstərici 16,7 faiz təşkil etsə də, inkişaf etmiş ölkələrdə 80-90 faizdir.
Strategiyada məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin edilməsi də nəzərdə tutulan məsələlər sırasındadır
Qeyd olunan sənəddə məktəbəqədər təhsil sahəsində yeni təhsil proqramının (kurikulumun) tətbiq edilməsi öz əksini tapıb.