Bu ilin 6 ayı ərzində dövlət büdcəsinə 11.4 milyard manat məbləğində vəsait daxil olub. Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Büdcədən 10.2 milyard manat vəsait xərclənib, 1147.2 milyon manat məbləğində, yaxud ÜDM-in 3.6 faizi qədər profisit (büdcə artıqlığı) yaranıb.
Büdcə xərclərinin 4.5 milyard manatı və ya 44.4 faizi iqtisadiyyatın inkişafına, 769.8 milyon manatı (7.5 faizi) təhsilə və 1025.3 milyon manatı (10.0 faizi) əhalinin sosial müdafiə və sosial təminatına yönəldilib.