Təhsildə yeniliklər olacaq
16 iyun 2014 10:25 (UTC +04:00)

Təhsildə yeniliklər olacaq

0

Azərbaycanda şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sistemi formalaşdırılacaq. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması da nəzərdə tutulub.

 

Bundan başqa, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverən formalaşdırılacaq.

 

Nazirlikdən verilən məlumatda o da qeyd olunub ki, Azərbaycanda müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması və həmçinin təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması da nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1602

Oxşar yazılar