Təhsil sahəsində yazan jurnalistlər mükafatlandırıldı
19 aprel 2014 14:58 (UTC +04:00)

Təhsil sahəsində yazan jurnalistlər mükafatlandırıldı

“Media təhsildə baş verən proseslər barədə cəmiyyətdə əhəmiyyətli fikir formalaşdırır. Təhsil Nazirliyi mediya ilə əməkdaşlığa xüsusi önəm verir və bu əməkdaşlıq bundan sonra da davam etdirəcək".

APA TV-nin xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov ““Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda elan olunan jurnalist yazıları müsabiqəsinin mükafatlandırılma mərasimində bildirib.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə çıxışında deyib ki, müsabiqəyə KİV nümayəndələri tərəfindən 46 yazı təqdim edilib. Yazılar təhsil sektorunu əhatə edən 5 istiqamət üzrə hazırlanıb. Ümumilikdə, 25 nəfər olmaqla, hər istiqamət üzrə qaliblər və həvəsləndirici yerlərin sahibləri müəyyənləşib.

Qeyd edək ki, müsabiqədə APA.az saytının əməkdaşı Könül Cəfərova və  Lent.az  portalının əməkdaşı Anar Məcidzadə də “Təhsil Nazirliyinin fəxri diplomu” ilə təltif ediliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558
avatar

Oxşar yazılar