"Beynəlxalq Parlament Təqaüd Proqramı”nda (İPS) hər il Azərbaycandan beş tələbə təmsil olunur. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bu proqram dünya gənclərinə parlament sistemi ilə nəzəriyyə və təcrübə çərçivəsində tanış olma imkanı yaradır.
2014-cü il üzrə "Beynəlxalq Parlament Təqaüd Proqramı”nda növbəti dəfə Azərbaycan tələbələrinə beş yer ayrılıb. Proqram 2014-cü il 1 mart -31 iyul tarixlərində həyata keçiriləcək. Tədbirdə ali təhsilli, alman dilini yaxşı bilən, yaşı 30 qədər olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Ərizələr iyunun 30-acan Almaniyanın Bakıdakı Səfirliyinə təqdim olunmalıdır.