Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015 – ci tədris il üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələri keçirəcək. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu müşavirələrdə TQDK-nın, Təhsil Nazirliyinin, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının, ictimai qurumların, ölkənin təhsil ictimaiyyəti nümayəndələrinin iştirakı nəzərdə tutulur. Müşavirələrdə müvafiq bölgələr üzrə orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq.
İlk müşavirə Bakıda (276 saylı məktəbdə) keçiriləcək. Burada Bakı, Sumqayıt, Abşeron, Şuşa, Zəngilan, Qubadlı məktəblərinin məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr barədə hesabat təqdim olunacaq.