Təhsil Nazirliyində təhsil ekspertləri və nazirliyin məsul işçilərinin iştirakı ilə görüş keçirilib. Nazirlikdən lent.az-a verilən məlumata görə, görüşdə ekspertlərin Azərbaycanda təhsil sisteminin problemlərinə dair fikirləri dinlənilib və mövcud problemlərin həlli yolları barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bu məzmunlu görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.