Təhsil Nazirliyi “QHT və təhsil ekspertləri üçün ictimai təşəbbüslərin dəstəklənməsi üzrə” II qrant müsabiqəsinin elan olunması barədə məlumat yayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, təhsil sahəsində fəaliyyət göstərən QHT-lər və ekspertlər ilə layihələrin həyata keçirilməsi üçün maliyyələşmə mexanizmi üzrə növbəti təkliflər hazırlanıb və təhsil sahəsində həyata keçirilən islahatlar prosesində müxtəlif maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə layihə müsabiqəsi təşkil olunub.
Nazirlikdən qeyd edilib ki, bundan öncəki müsabiqə uğurla həyata keçirilib.