Təhsil Nazirliyi əmək qanunvericiliyinə dəyişikliklər edilməsini təklif edir
09 dekabr 2013 13:48 (UTC +04:00)

Təhsil Nazirliyi əmək qanunvericiliyinə dəyişikliklər edilməsini təklif edir

 

 

Təhsil Nazirliyi Azərbaycanda əmək qanunvericiliyinə bəzi dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırlayıb. Lent.az məlumatına görə, Təhsil Nazirliyinin peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib ki, hazırda əmək bazarında bir çox peşələr üzrə işlədikdə təhsil sənədi tələb olunmur. Hər bir peşənin özünün öyrənilmə tələbinin olduğunu deyən şöbə müdiri qeyd olunur ki, dünya əmək bazarında xidmət sektorun tutmuş sənaye sahəsinədək sadə hesab edilən bir çox peşələr üzrə işləyənlərdən müvafiq təhsil sənədi tələb olunur: “Bu, keyfiyyətin bir zəmanəti kimi qəbul olunur. Ancaq biz bu gün öz qanunvericiliyimiz təhlil edəndə görürük ki, müəyyən peşələr üzrə sadəcə orta təhsil alma tələb olunur. Müvafiq, spesifik hazırlıq isə tələb olunmur".


Nazirlik rəsmisi bu gün insanların müəyyən iaşə obyektlərində göstərilən xidmət səviyyəsindən razı qalmadığını da deyib. Onun fikrincə, bu, işəgötürənlərin işə götürdükləri işçinin hansı təhsil alması ilə maraqlanmamasından irəli gəlir: “Artıq bu, bir tələb kimi qoyulmalıdır ki, işçi götürülərkən onun müvafiq hazırlığı olmalıdır. Qısa və ya uzunmüddətli olmasından asılı olmayaraq işçi hazırlıq keçməlidir. Bununla bilinməlidir ki, o, hansı bacarıqlara sahibdir. Bu gün peşə təhsili ilə bağlı olan xidmətlərin keyfiyyətinin artırılması baxımından zəruridir".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1598

Oxşar yazılar