Təhsil Nazirliyi: Universitetlərdəki imtahanlara valideynlər də cəlb olunub
29 yanvar 2014 17:51 (UTC +04:00)

Təhsil Nazirliyi: Universitetlərdəki imtahanlara valideynlər də cəlb olunub

Ali təhsil müəssisələrində qış imtahan sessiyası təhsil nazirinin əmrinə əsasən həyata keçirilir. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bütün ali təhsil müəssisələrində imtahan qərargahları və appelyasiya komissiyaları fəaliyyət göstərir. Sessiya dövründə şəffaflığı təmin etmək üçün Təhsil Nazirliyinin tabeliyində olan əksər ali məktəblərdə valideynlər və ictimaiyyət nümayəndələri imtahanları müşahidə etməyə cəlb olunublar.

İmtahan sessiyasının təşkili və gedişi ilə bağlı Təhsil Nazirliyinə daxil olan şikayətlər müntəzəm olaraq araşdırılır və müvafiq tədbirlər görülür.

# 774

Oxşar yazılar