Təhsil Nazirliyi 12 illik təhsilə nə zaman keçiləcəyi ilə bağlı suala aydınlıq gətirib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, 12 illik təhsil rejiminin indiki şagirdlərə, yoxsa gələn il 1-ci sinfə gedəcək şagirdlərə aid edilib-edilməyəcəyi barədə hələlik qərar verilməyib: “12 illik təhsilə keçid “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapıb. Yaxın vaxtlarda 12 illik təhsilə keçidin mexanizmləri işlənib hazırlanacaq və bu keçidə nə vaxtdan başlanacağı barədə qərar qəbul olunacaq”.