Təhsil naziri səfirlərlə görüşüb
24 sentyabr 2013 18:12 (UTC +04:00)

Təhsil naziri səfirlərlə görüşüb

Təhsil naziri Mikayıl Cabbarov bir neçə ölkənin səfiri ilə görüşüb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Belə ki, nazir sentyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Salem Xalifə Əl Eqfeli və Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Jolt Çutora ilə ikitərəfli görüşlər keçirib.

Hər iki görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717
avatar

Oxşar yazılar