Təhsil naziri əmr imzaladı
03 mart 2014 11:06 (UTC +04:00)

Təhsil naziri əmr imzaladı

Təhsil naziri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında əmr imzalayıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat  verilib.

Əmrə əsasən, Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün təhsil müəssisələrində qeyd olunması ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət planı təsdiq edilib.

Nazirliyin müvafiq struktur bölmələri, yerli təhsil orqanları, ümumi təhsil, ilk peşə, orta-ixtisas və ali təhsil müəssisələrinin rəhbərləri Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin vaxtında və tələb olunan səviyyədə yerinə yetirilməsini təmin etmək tapşırılıb.

Bu əmrdə qeyd olunan tədbirlərin müəyyən edilən müddətlərdə Naxçıvan MR Təhsil Nazirliyi və muxtar respublikanın aidiyyəti təhsil müəssisələri tərəfindən müstəqil yerinə yetirilib yekunlaşdırılması məqsədəuyğun hesab ediləcək.

Əmrdə İnformasiya şöbəsinin müdiri Elnur Əliyevə əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, çoxaldılıb yerlərə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etmək tapşırılıb.

 

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1708

Oxşar yazılar